AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək oldu | Banco.az

AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək oldu

Təhsil Nazirliyinin dəstəyi, Community.az və Green Line şirkətlərinin təşəbbüsü, “AtaBank” ASC-nin Baş sponsorluğu  ilə “Məktəb icmaları” layihəsi çərçivəsində İyun ayından etibarən “Gələcəyimizi indidən düşünək” adlı sosial layihəyə start verilib.

Layihənin təşkil olunmasında əsas məqsəd yeniyetmələrə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmaqdır. 

Burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləri üçün bilik və bacarıqların artırılması məqsədi ilə bir sıra tədbirlər, təqdimatlar keçiriləcək. Bu tədbirlər uşaqların istedad və bacarıqlarına uyğun olaraq bərbər,  dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təşkil olunacaq. Qeyd edək ki, peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında  “Green Line” şirkətinin peşəkar psixoloqlar  komandası tərəfindən keçiriləcək təlimlərə mühüm yer ayrılır. 

Ən sərfəli kredit üçün müraciət et

1 ay davam edəcək layihə ərzində peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, praktiki təcrübələr keçiriləcək, şirkətlərin iş prosesinə ekskursiyalar təşkil olunacaq.

Layihənin yekununda potensial peşə-ixtisas sahələri və özünüinkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzu və amallarının gerçəkləşməsinə dəstək olacaq.

Layihə ilə bağlı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bildirdi ki, “AtaBank hər zaman sosial layihələrə çox böyük önəm verib. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu layihəyə qoşulmağımızda məqsəd internat tipli tədris müəssisələrində təhsil alan uşaqların yetişkin həyatlarında ilk addımlarını daha inamla atmaqlarına köməklik göstərə bilməkdir. Layihə çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Biz AtaBank olaraq gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacağıq.”

İyun ayının sonunda yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.