Asiyanın aparıcı mərkəzi bankları valyuta ehtiyatı toplamağa başlayıb | Banco.az

Asiyanın aparıcı mərkəzi bankları valyuta ehtiyatı toplamağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Asiyanın aparıcı bankları valyutalarını ABŞ dollarına qarşı qorumağa çalışırlar.

Banco.az xəbər verir ki, FED-in faiz dərəcələrini artırmağa davam edəcəyi və ABŞ dollarının möhkəmlənəcəyi ilə bağlı narahatlıqlar fonunda Asiyanın aparıcı mərkəzi bankları noyabr ayından bu yana 132 milyard dollar valyuta ehtiyatı toplayıb.

Bloomberg nəşrinin hesablamalarına görə, valyutalarının ABŞ dollarına qarşı müvazinətini saxlamağa çalışan Hindistan, Cənubi Koreya, Tayvan və digər Cənub-Şərqi Asiya ölkələri noyabr ayından bu yana 132 milyard dollar valyuta ehtiyatı toplayıb ki, bu, Asiya mərkəzi banklarının keçən il itirdiyi ehtiyatların yarısından çoxdur. 

Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayında valyuta ehtiyatları itkisi 243 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Hindistan Mərkəzi Bankı valyuta ehtiyatı yığma hərəkatına rəhbərlik edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et