Asiya-Sakit Okean ölkələri bu tarixədək azad ticarət zonası yaradacaq | Banco.az

Asiya-Sakit Okean ölkələri bu tarixədək azad ticarət zonası yaradacaq

Tamara Mustafayeva, Banco.az

Asiya-Sakit Okean regionuna daxil olan 15 ölkə 2022-ci ilin yanvar ayınadək azad ticarət zonası yaratmağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq (RCEP) sənədini imzalayan ölkələrin gələn ilin əvvəlinə qədər azad ticarət zonası yaratmaqla bağlı razılığa gəldiyi bildirilib.

Yaponiyanın "NHK" dövlət yayım orqanının yaydığı məlumata görə, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Naziri Hiroşi Kajiyama RCEP-ə üzv olan həmkarları ilə görüşüb. Onlayn formatda baş tutan görüşdə iqtisadiyyat nazirləri sözügedən məsələ üzrə razılıq əldə ediblər. 

Xatırladaq ki, Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq müqaviləsi ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) üzvü olan 10 ölkə ilə Şimal-Şərqi Asiya ölkələri Çin, Yaponiya və Cənubi Koreya və Okeaniya ölkələri Avstraliya və Yeni Zelanda arasında 2020-ci ilin noyabr ayında Vyetnamın paytaxtı Hanoyda imzalanmış azad ticarət razılaşmasıdır. Dünya əhalisinin və ÜDM göstəricisinin 30%-ni əhatə edən RCEP razılaşmasının dünyanın ən böyük regional iqtisadi blokunu yaradacağı qeyd edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et