Asiya fond birjalarında indekslər "stimul paketi ümidi ilə" yüksəlib | Banco.az

Asiya fond birjalarında indekslər "stimul paketi ümidi ilə" yüksəlib

Asiya Birjaları, cümə günü edilən ticarətdə dünyada koronavirusa yoluxma hallarında artım olmasına baxmayaraq, ABŞ-da müzakirə olunan stimul paketi ilə bağlı nikbin gözləntilərlə yüksəlib.

ABŞ Maliyyə Naziri Steven Mnuchin bu gün verdiyi açıqlamada, ABŞ Nümayəndələr Palatasının Başçısı Nancy Pelosi ilə Kovid-19 stimul paketi ilə bağlı danışıqların bərpası barədə razılığa gəldiklərini deyib. Bundan əlavə, ABŞ mətbuatında yer alan xəbərlərdə Demokratların 2,4 trilyon dollarlıq yeni bir stimul paketi hazırladığı bildirilib.

Yaponiya, Hong Kong və Cənubi Koreyada indekslər yüksəldi, bank sektoru liderlik etdiyi Avstraliya səhmləri bahalaşıb.

İndeks göstəriciləri

Yaponiyanın Topix indeksi 0,5 % yüksəlib.
* Hong Kongun Hang Seng indeksi  0,3% yüksəlib.
* Şanxay Kompozit İndeksi sabit qalıb.
Cənubi Koreya Kospi indeksi 0,6% yüksəlib.
Avstraliyanın S P / ASX 200 indeksi 1,3% yüksəlib

fins.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram