Aşağı gəlirli əhali qrupu üçün 600 min pulsuz bank hesabı açılıb | Banco.az

Aşağı gəlirli əhali qrupu üçün 600 min pulsuz bank hesabı açılıb

Azərbaycanda rəqəmsal bank xidmətlərindən aşağı gəlirli əhali qrupunun faydalanması məqsədilə 600 min vətəndaş üçün pulsuz bank hesabı açılıb.

Bunu Bakıda keçirilən "Kibertəhlükəsizlik günü" adlı konfransda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov deyib.

Onun sözlərinə görə, bununla yanaşı, pulsuz debet ödəniş kartının təqdim edilməsi kimi güzəştləri ehtiva edən "Baza bank xidmətləri" paketi layihəsi Mərkəzi Bank və ABA tərəfindən birgə hazırlanıb və banklar tərəfindən həyata keçirilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram