Artıq Avropada şirkət rəhbərlərinin ən azı 33 faizini qadınlar təşkil edəcək | Banco.az

Artıq Avropada şirkət rəhbərlərinin ən azı 33 faizini qadınlar təşkil edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa ölkələri üçün qadınların rəhbərlikdə iştirak kvotası müəyyən edilib.

Banco.az xəbər verir ki, Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə şirkət rəhbərlərinin ən azı 33 faizinin qadınlardan ibarət olmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Avropa Parlamenti (AP) 2026-cı ilin iyun ayına qədər Avropa İttifaqı (Aİ) ölkələrində açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərən  iri şirkətlərdə menecerlər arasında gender kvotasını müəyyən edən qanun təklifini qəbul edib.

Qanun layihəsinin tələblərini 2026-cı ilin iyun ayına qədər həyata keçirməyən şirkətlərə müvafiq cərimələr tətbiq ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, 250-dən az işçisi olan kiçik və orta müəssisələr direktivin əhatə dairəsindən kənardadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et