Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 3 İyul 2022-ci il tarixdə PSS 1.1 “Sığorta işinin prinsipləri” Sertifikasiya imtahanı keçirilmiş və “Paşa Sığorta” ASC-nin 3 əməkdaşı imtahandan uğurlu nəticə əldə etmişdir.
Qeyd edək ki, sığorta şirkətlərində işləmək üçün tələb olunan baza bilik və bacarıqlarını sertifikasiya namizədlərinə təqdim edir.
PSS sertifikasiya proqramının faydaları:
Yerli sığorta şirkətlərinin tənzimləyici orqanı tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə, sığorta və idarəetmə sahəsində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!