ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini açıqlayıb | Banco.az

ARDNF pul bazarı alətləri üzrə investisiya portfelinin tərkibini açıqlayıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) ötən ilin 31 dekabr tarixinə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 68,1%-i AAA reytinqli olub.

Banco.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Məlumata görə, Fondun istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 16,6%-i AA, 8,6%-i A, 6,5%-i BBB, 0,2%-i qeyri-investisiya reytinqli olub.

2022-ci ilin eyni dövründə istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 73,7%-i AAA, 14,8%-i AA, 8%-i A, 2,8%-i BBB, 0,6%-i qeyri-investisiya reytinqli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et