Aqrar şəhərcik yaradılacaq: Kənd təsərrüfatı məhsuldarlığı artacaq | Banco.az

Aqrar şəhərcik yaradılacaq: Kənd təsərrüfatı məhsuldarlığı artacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ağdam rayonunun Qızıl Kəngərli kənd yaşayış məntəqəsi aqrar şəhərcik formatında layihəsi hazırlanacaq.

Banco.az xəbər verir ki, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hazırlıqlara başlayıb.

Belə ki, "Belgosproekt lnstitutu" ASC Dövlət Komitəsinin sifarişi ilə yaşayış məntəqəsinin aqrar şəhərcik formatında layihələndirilməsinin şəhərsalma əsaslandırılmasını hazırlayacaq.

Dövlət Komitəsi ilə ASC arasında razılaşma ilə bağlı 1 milyon manat dəyərində müqavilə bağlanılıb.

Aqrar şəhərciklər adətən kənd təsərrüfatı istehsalı, emalı və satışı ilə bağlı infrastruktur və imkanları birləşdirir. Bu şəhərciklərdə fermerlər, kənd təsərrüfatı mütəxəssisləri və emal müəssisələri bir araya gələrək, istehsal prosesinin bütün mərhələlərini effektiv şəkildə idarə edirlər. Aqrar şəhərciklərdə ən müasir kənd təsərrüfatı texnologiyaları tətbiq olunur. Bu, məhsuldarlığın artırılması və kənd təsərrüfatı proseslərinin avtomatlaşdırılmasına kömək edir. İnnovativ həllərin tətbiqi ilə resurslar daha səmərəli istifadə olunur, suvarma sistemləri və biotexnologiyalar inkişaf etdirilir.Aqrar şəhərciklərin əsas məqsədlərindən biri kənd yerlərində iqtisadi inkişafı təmin etməkdir. Bu şəhərciklər yeni iş yerləri yaradır, kənd əhalisinin gəlirlərini artırır və onların iqtisadi vəziyyətini yaxşılaşdırır. Kənd təsərrüfatı ilə yanaşı, emal, satış və texniki xidmət sahələrində də iş imkanları mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Aqrar şəhərciyin mahiyyəti nədən ibarətdir?

Aqrar şəhərciklər həm də kənd təsərrüfatı biliklərinin və innovasiyaların yayılmasına dəstək verir, ekoloji dayanıqlı inkişafı təşviq edir. Məqsədləri kənd təsərrüfatı məhsuldarlığını artırmaq və kənd əhalisinin həyat şəraitini yaxşılaşdırmaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et