Apple Pay Alibaba ilə tərəfdaşlığa ümid edir | Banco.az

Apple Pay Alibaba ilə tərəfdaşlığa ümid edir

Apple Pay Alibaba ilə tərəfdaşlığa ümid edir.

Apple-ın icraçı direktoru Tim Kuk Apple Pay-in çin bazarına çıxmaq niyyəti olduğundan xəbər verib. Bunun üçün isə şirkət Çinin elektron bazarında nəhənglərdən olan Alibaba ilə güclərini birləşdirməyi planlaşdırır.

Hazırda isə şirkətin baş icraçı direktoru Pekində vəhşi təbiətin Beynəlxalq fondu ilə əlaqələrini genişləndirir. Bununla yanaşı Kuk Apple Pay-in çin bazarına çıxışına dair gözləntilərinin müzakirəsinə də vaxt ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Alibaba Group Holdinqin tərkib hissəsi olan mobil ödəmə provayderi Alipay-ə , çin bazarının 82%  mobil ödəmələri daxildir. Bu da o deməkdir ki, Alibaba ilə müqavilənin bağlanması Kuk və onun şirkəti üçün ideal həll ola bilər.  

Belə bir fikir irəli sürülür ki, iki nəhəngin arasında əməkdaşlıq planları 1 aydan çoxdur ki qurulur. Alibaba-nın yaradıcısı Cek Ma hələ oktyabrda bu barədə Apple Pay ilə əlaqələrin yarandığını bildirir. 

Ən sərfəli krediti almaq üçün müraciət et