"Apple" Aİ-dəki istifadəçilər üçün yeni tənzimləmələr hazırlayıb | Banco.az

"Apple" Aİ-dəki istifadəçilər üçün yeni tənzimləmələr hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Apple" Avropa İttifaqındakı (Aİ) istifadəçilər üçün yeni tənzimləmələr hazırlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple" Avropa İttifaqı (Aİ) qanunlarına uyğunluq çərçivəsində "App Store", Mesajlar, Fotoşəkillər, Kamera və Safari tətbiqlərini silməyi mümkün edəcək.

Bu barədə texnologiya nəhəngi açıqlama verib.

İlin sonuna kimi Aİ-də istifadəçilər üçün iOS və iPadOS üçün brauzer seçim ekranında, defolt tətbiqlərdə və proqramların silinməsində dəyişikliklərin ediləcəyi açıqlanıb.

Açıqlamada bu yeniləmələrin Rəqəmsal Bazarlar Qanununun (DMA) tələblərinə uyğunluq çərçivəsində həyata keçiriləcəyi və üçüncü tərəf alətlərinin də istifadəyə veriləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunub ki, Aİ-də istifadəçilər iOS və iPadOS 18-də hər bir istifadəçiyə təklif olunan “standart proqramlar” bölməsini parametrlərdə görəcəklər. Həmçinin bildirilib ki, gələcək proqram yeniləmələrində istifadəçilər telefon nömrələrinin yığılması, mesajların göndərilməsi, mətnin tərcüməsi, parolların idarə edilməsi, klaviatura və spam zəng filtrləri üçün yeni standart parametrlərə malik olacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram