Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir:
Apellyasiya Komissiyasının müsbət cavab verdiyi müraciətlər üzrə vəsait ödənişi necə həyata keçiriləcək?
Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda başa bitir. Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar.