Bu gün demək olar ki, hər addım-başı bankların təklif etdiyi əlçatan və rəsmiləşdirilməsi asan olan kredit məhsullarına rast gəlmə mümkündür. Kredit təklifinin bütün cəlbedici xüsusiyyətlərinə və sizə rahatlıq verməyən problemi dərhal həll etmək iqtidarında olmasına baxmayaraq, bankların reklam təkliflərinə olduqca diqqətlə və ehtiyatla yanaşmaq lazımdır. Olur ki, problemi həll etmək üçün götürdüyünüz kredit özü yeni bir problem və yükə çevrilir, müştəri bilmir ki, hər ay gecikməsi olmasın deyə, pulu haradan tapsın, nəcə “düz-qoş” etsin. Nəyə görə belə olur? Axı ilk baxışda elə görünür ki, borcalan kredit şərtləri ilə tanışdır və bu, onun “gücü çatan” bir məbləğdir. Praktika isə göstərir ki, borcalan hətta aylıq ödəniş məbləğini bilsə belə, müddətin sonuna qədər həmin məbləği ödəmək gücündə olmur. Adətən bunun səbəblərindən biri də annuitet ödənişləridir.
Bəs annuitet ödənişləri nədir?
Tərifinə əsasən annuitet ödənişlər – kreditlər üzrə aylıq bərabər hissəli ödənişlər edilməsini nəzərdə tutan ödəniş formasıdır, onlar annuitet formasında hesablanır ( annuite latınca illik, hər illik).
Annuitet ödənişinin mahiyyəti özünü onda göstərir kredit ödənişinin ilk ilində (və ya illərində, müqavilənin müddətindən asılı olaraq) aylıq ödənişlərin tərkibində əsas payı borc üzrə faizlər tutur. Amma əsas borc məbləği (kreditin əsas hissəsi) çox cüzi hissədə azalır və ya ümumiyyətlə azalmır. Kredit müqaviləsinin son aylarında (və ya illərində) ödənilir.
Bu üsulla bank özünü borcalanın öz öhdəliyini yerinə yetirmədi hallarda. Həmçinin kreditin vaxtından daha tez bağlandığı zaman yaşana biləcək mümkün faiz itkilərindən sığortalayır. Əsasən isə bu cür ödəniş forması öz gəlirliyi baxımından bank üçün daha sərfəli hesab edilir.
Gəlin müqayisə üçün eyni bir məbləğin həm annuitet, həm də diferensial ödənişlərlə geri qaytarılmasını nəzərdən keçirək. Diferensial ödənişlərdə ödədiyiniz məbləğ getdikcə azalmağa doğru gedir və kredit xərciniz daha az olur.
- Məbləğ: 100 000 AZN
- Müddət: 1il (12 ay)
- Faiz; 20%
Annuitet ödənişlər üzrə cədvəl
Ay |
Aylıq ödəniş |
Ödənilən faizlər |
Əsas borc |
Qalıq məbləğ |
1 |
9 263 |
1 667 |
7 597 |
92 403 |
2 |
9 263 |
1 540 |
7 723 |
84 680 |
3 |
9 263 |
1 411 |
7 852 |
76 828 |
4 |
9 263 |
1 280 |
7 983 |
68 845 |
5 |
9 263 |
1 147 |
8 116 |
60 729 |
6 |
9 263 |
1 012 |
8 251 |
52 477 |
7 |
9 263 |
875 |
8 389 |
44 089 |
8 |
9 263 |
735 |
8 529 |
35 560 |
9 |
9 263 |
593 |
8 671 |
26 889 |
10 |
9 263 |
448 |
8 815 |
18 074 |
11 |
9 263 |
301 |
8 962 |
9 112 |
12 |
9 263 |
152 |
9 112 |
0 |
- Aylıq ödəniş: 9263 AZN
- Kreditin xərci: 11 161
Diferensial ödəniş cədvəli
Ay |
Aylıq ödəniş |
Ödənilən faizlər |
Əsas borc |
Qalıq məbləğ |
1 |
10 000 |
1 667 |
8 333 |
91 667 |
2 |
9 861 |
1 528 |
8 333 |
83 333 |
3 |
9 722 |
1 389 |
8 333 |
75 000 |
4 |
9 583 |
1 250 |
8 333 |
66 667 |
5 |
9 444 |
1 111 |
8 333 |
58 333 |
6 |
9 306 |
972 |
8 333 |
50 000 |
7 |
9 167 |
833 |
8 333 |
41 667 |
8 |
9 028 |
694 |
8 333 |
33 333 |
9 |
8 889 |
556 |
8 333 |
25 000 |
10 |
8 750 |
417 |
8 333 |
16 667 |
11 |
8 611 |
278 |
8 333 |
8 333 |
12 |
8 472 |
139 |
8 333 |
0 |
- Aylıq ödənişlər azalır: 10 000 ... 8 472
- Kreditin xərci: 10 833
Çox illik müqavilələr fərlər daha ciddi alınır. Gəlin 50 min manatın 5 il ərzində geri ödənilməsi arasında fərqlərə baxaq.
Məbləğ: 50 min manat Faiz:18% Müddət: 5 il (60 ay)
Annuitet ödəniş cədvəli
Ay |
Aylıq ödəniş |
Ödənilən faizlər |
Əsas borc |
Qalıq borc |
1 |
1 270 |
750 |
520 |
49 480 |
2 |
1 270 |
742 |
527 |
48 953 |
Cədvəl qısaldılıb |
||||
60 |
1 270 |
19 |
1 251 |
0 |
- Aylıq ödənişlər: 1 270
- Kreditə görə cəmi xərc: 26 180
Diferensial ödəniş cədvəli
Ay |
Aylıq ödəniş |
Faizlər |
Əsas borc |
Qalıq məbləğ |
1 |
1 583 |
750 |
833 |
49 167 |
2 |
1 571 |
737 |
833 |
48 333 |
Cədvəl qısaldılıb |
||||
60 |
846 |
12 |
833 |
0 |
- Aylıq ödənişlər: 1 583 ... 846 AZN (getdikcə azalır)
- Kredit xərci: 22 875
Fərqlər açıq aydındır. Müddət artdıqca, 5, 10 və ya 20 illik cədvəllərdə bu fərq daha ciddi şəkildə özünü göstərir, xüsusi ilə də ipoteka kimi uzun müddətli kreditlərdə. Müştərilər illərlə krediti ödəmələrinə rəğmən əsas borc məbləği çox cüzi şəkildə azalır.
Könül Sotanova/ Banco.az