Ani Ödənişlər Sisteminin mobil əlavəsi və internet səhifəsi istifadəyə veriləcək | Banco.az

Ani Ödənişlər Sisteminin mobil əlavəsi və internet səhifəsi istifadəyə veriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti aylarda Ani Ödənişlər Sisteminin (AÖS) mobil əlavəsi və internet səhifəsini istifadəyə verəcək.

Bu barədə AMB-nin baş direktoru Fərid Osmanov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, cari ilin sonuna ölkənin bütün bank sektorunun iştirakçılarının AÖS-ə qoşulması nəzərdə tutulur: "Hazırda bu sistem üzərindən gündəlik olaraq 1 mln. manatadək ani ödənişlər həyata keçirilir və bu, 5-10 saniyəyə ödəniş sistemləri vasitəsilə həyata keçirilən ödənişlərdir".

Qeyd edək ki, oktyabrın "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə AMB tərəfindən yaradılan AÖS real rejimdə istismara verilib. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram