Amerika indeksləri yüksəlib | Banco.az

Amerika indeksləri yüksəlib

Amerika fond bazarında Dow Jones indeksi 3,95% - 16 285,51 bəndədək, NASDAQ 4,24% - 4 697,54 bəndədək, S&P 500 3,90% - 1 940,51 bəndədək artıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 1,68% - 5 979,20 bəndədək, Fransa CAC-40-ı 1,40% - 4 501,05 bəndədək, Almaniya DAX-ı isə 1,29% - 9 997,43 bəndədək azalıb.

ABŞ fond bazarında əsas indekslərin artması Çin Xalq Bankının uçot dərəcələrini 0,25%-ə qədər azaltmasından sonra dünya ticarət məkanlarında vəziyyətin sabitləşəcəyinə inamın güclənməsi ilə əlaqələndirilir. Məhz bunun nəticəsidir ki, əsas indekslərdən olan Dow Jones indeksi həftə ərzində ilk dəfə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,80 dollar artaraq 1 126,40 dollara, gümüş isə 0,07 dollar artaraq 14,15 dollara satılıb.