Azərbaycan Mərkəzi Bankı (AMB) bu il neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 1,2 % artacağını, gələn il isə 1,2 % azalacağını proqnozlaşdırır.
Bu barədə qurumun “Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, ölkədə ümumi iqtisadi artımı daha çox qeyri-neft-qaz sektoru təmin edəcək.
"2025-2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər", - deyə icmalda qeyd olunub.
Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.