Azərbaycan Mərkəzi Bankı (AMB) "Confident 2024" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Banco.az bu barədə AMB-yə istinadən xəbər verir.
Beləliklə, hazırda Azərbaycanda 53 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.
Xatırladaq ki, "Confident 2024" bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!