AMB: Bu il cari əməliyyatlar balansının profisiti arta bilər | Banco.az

AMB: Bu il cari əməliyyatlar balansının profisiti arta bilər

Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb.

    "Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır. Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır" - AMB əlavə edib.