Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək.
Banco.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib.
"Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam", - Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan nümunə götürməyə çağırıb.
Qeyd edək ki, bazar ertəsi Berlində Ümumdünya Səhiyyə Sammiti başa çatıb. İştirakçılar bu sahədə mövcud problemləri müzakirə ediblər. Berlin tədbirini Almaniya, Norveç və Fransa təşkil edib.