Almaniya Rusiya enerji mənbələrindən tamamilə imtina etməyi hədəfləyir | Banco.az

Almaniya Rusiya enerji mənbələrindən tamamilə imtina etməyi hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

Almaniya Rusiya enerji mənbələrindən tamamilə imtina etməyi hədəfləyir.

Banco.az xəbər verir ki, bu barədə ölkənin kansleri Olaf Şolz bildirib. O, uzunmüddətli prespektivli qərarların qəbul edilməsi istiqamətində addımların atıldığını qeyd edib.

Siyasətçi ölkəsinin bu qışdan uğurla çıxa biləcəyini və güclü sənaye gücünü qoruyacağını düşünür.

Eyni zamanda Almaniya kansleri Ukraynadakı hərbi vəziyyətin başlamasından öncəki qiymət səviyyəsinə geri dönüşün qeyri-mümkün olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et