Almaniya rekord məbləğdə 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib | Banco.az

Almaniya rekord məbləğdə 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

2024-cü il yanvarın 1-dən Almaniya rekord məbləğdə 7,48 milyard avro dəyərində silah ixracını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən “DPA” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Almaniya hakimiyyəti yanvarın 1-dən iyunun 18-dək azı 7,48 milyard avro dəyərində hərbi malların ixracına icazə verib. Bu, ötən ilin birinci yarısı ilə müqayisədə 30% çoxdur.

Bildirilir ki, 4,88 milyard avro dəyərində bu ixracın təxminən 65%-i Ukraynaya yönəldilib.

Alman silah alıcıları arasında ikinci yerdə Sinqapur (1,21 milyard avro), üçüncü yerdə isə Hindistan (153,75 milyon avro) qərarlaşıb. Səudiyyə Ərəbistanı uzun müddət ərzində ilk dəfə olaraq beş əsas idxalçı ölkə (132,48 milyon) sırasında 4-cü yerdədir. İlk beşliyi Qətər tamamlayıb (100 milyon).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et