Almaniya Mərkəzi Bankı ikirəqəmli inflyasiya ilə bağlı xəbərdarlıq edib | Banco.az

Almaniya Mərkəzi Bankı ikirəqəmli inflyasiya ilə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya Mərkəzi Bankının (Bundesbank) iqtisadiyyatla bağlı noyabr ayı hesabatı dərc edilib.

Banco.az xəbər verir ki, hesabatda Almaniya iqtisadiyyatının üçüncü rübdə artım göstərdiyi, ancaq qış aylarında iqtisadi fəaliyyətlərin əhəmiyyətli dərəcədə azalacağı vurğulanıb. 

Hesabatda 2023-cü ilin əvvəlində inflyasiyanın çox yüksək səviyyədə qalma ehtimalının olduğu, “İlin əvvəlindən sonra da inflyasiyanın ikirəqəmli səviyyədə qala biləcəyi” bildirilib.

Almaniyada iqtisadi inkişaf qlobal iqtisadiyyatda zəifləmənin ixraca əks olunması, yüksək inflyasiyanın şəxsi istehlakı azaltması, enerji təchizatındakı qeyri-müəyyənlik və enerji qiymətlərinin artması səbəbindən yavaşladığı üçün Bundesbank ekspertləri bu ilin son rübü və 2023-cü ilin birinci rübü üçün ölkə iqtisadiyyatının tənəzzülə girmə ehtimalını qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et