Almaniya iqtisadiyyatının böyümə proqnozu 2 dəfə artırılıb | Banco.az

Almaniya iqtisadiyyatının böyümə proqnozu 2 dəfə artırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ifo” Almaniya iqtisadiyyatının böyümə proqnozunu iki dəfə artırıb.

Banco.az xəbər verir ki, Almaniyanın aparıcı iqtisadi analitik mərkəzlərindən biri olan İqtisadi Araşdırmalar İnstitutu (Ifo) ölkənin bu il üzrə artım proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçirib.

Baş ofisi Münhendə yerləşən təşkilat yazda dərc etdiyi alman iqtisadiyyatının 2024-2025-ci illəri əhatə edən artım proqnozlarını yeniləyib.

Yeni proqnozlara görə, bu il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozu 0,2 faizdən 0,4 faizə yüksəldilib. 2025-ci il üçün isə proqnozlar 1,5 faiz səviyyəsində saxlanılıb.

Ölkədə ötən il 5,9 faiz, may ayında isə 2,4 faiz olan inflyasiyanın bu il orta hesabla 2,2 faiz olacağı, 2025-ci ildə isə 1,7 faizə düşəcəyi gözlənilir.

Bundan əlavə, faiz dərəcələrinin və inflyasiyanın tədricən yumşaldılması ilə şəxsi istehlakın bu il 0,3 faiz, 2025-ci ildə isə 1,8 faiz artacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bu il ölkədə işsizlərin sayının ötən illə müqayisədə bir qədər artaraq 2,6 milyondan 2,74 milyona çatacağı, gələn il isə 2,61 milyona düşəcəyi təxmin edilir. İşsizlik səviyyəsinin 2024-cü ildə 5,9 faiz, 2025-ci ildə isə 5,6 faiz olacağı düşünülür.

Xatırladaq ki, alman iqtisadiyyatı 2 illik tənəzzüldən sonra ilin birinci rübündə 0,2 faiz artıma nail olmaqla texniki tənəzzülə girməkdən xilas olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram