Almaniya iqtisadiyyatı Avropa regionu üçün qeyri-müəyyənlik vəd edir | Banco.az

Almaniya iqtisadiyyatı Avropa regionu üçün qeyri-müəyyənlik vəd edir

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada müşahidə olunan iqtisadi gərginlik Avropa İttifaqı (Aİ) regionu üçün vəziyyəti qəlizləşdirə bilər.

Banco.az xəbər verir ki, cari ilin birinci rübünün nəticələrinə görə, Almaniyanın ümumi daxili məhsulu (ÜDM) 0,3% azalıb. Bu isə əksər Avropa ölkələrinin böhrandan çıxmasına mane ola bilər.

Almaniyanın iqtisadi artımınında nəticələrin yüksək oımamasını onilliklər boyu icra olunan yanlış enerji siyasəti, yeni texnologiyalara keçidin nisbətən ləng olması ilə əlaqələndirirlər. 

Qeyd edək ki, Almaniya onilliklər ərzində regionu bir-birinin ardınca böhrandan çıxararaq Avropanın iqtisadi güc mərkəzi olub. Lakin ekspertlərin hazırkı açıqlamalarına görə, məlum olub ki, bu davamlılıq gücü zəifləməyə doğru gedir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram