Almaniya bu ilki artım proqnozunu yenidən nəzərdən keçirib | Banco.az

Almaniya bu ilki artım proqnozunu yenidən nəzərdən keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya hökuməti 2023-cü il üzrə artım proqnozuna yenidən baxıb.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyi bu il üçün artım proqnozunu 0,2 faizdən 0,4 faizə yüksəldib.

İqtisadiyyat naziri Robert Habek çətin günlərdə şirkətlərə və ev təsərrüfatlarına dəstək göstərdiklərini, enerji qiymətlərindəki artımın da cilovlandığını vurğulayaraq, "Davam edən çətin mühitə baxmayaraq, iqtisadiyyat tədricən bərpa yoluna qədəm qoyub”, deyə bildirib.

Nazirliyin hesabatında Avropanın ən böyük iqtisadiyyatı üçün 2024-cü il üzrə artım proqnozu isə 1,8 faizdən 1,6 faizə endirilib.

Hesabata görə, inflyasiyanın bu il 2022-ci ildəki 6,9 faizdən 5,9 faizə, 2024-cü ildə isə 2,7 faizə enəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4 faiz daralmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et