Böyük Britaniyanın fəaliyyətini dayandırmış turoperatoru - “Thomas Cooc”un Almaniyadakı törəməsi “Condor” şirkəti yerli hökumətdən 380 milyon avroluq dəstək alacaq.
Məlumata görə, Almaniyanın iqtisadiyyat naziri Peter Altmaier 240 min ölkə vətəndaşının “Condor” vasitəsilə tətilə getdiyini, onların geri qayıtması üçün dövlət dəstəyinə ehtiyac olduğunu bildirib.
Bu arada Böyük Britaniyanın Mülki Aviasiya Təşkilatı “Thomas Cooc”un xaricə göndərdiyi 150 mindən çox vətəndaşını geri qaytarmaq üçün sülh dövrünün ən böyük təxliyyə əməliyyatına başlayıb.
Report.az