Almaniya Aİ ölkələrinin fiskal qaydalara əməl etməsini istəyir | Banco.az

Almaniya Aİ ölkələrinin fiskal qaydalara əməl etməsini istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın maliyyə naziri Kristian Lindner Avropa İttifaqına (Aİ) üzv olan hər bir ölkənin maliyyə qaydalarına əməl etməsini gözlədiklərini açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniyanın maliyyə naziri Kristian Lindner avro valyutasından istifadə edən Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirlərinin Brüsseldə keçirilən Avro Qrup iclasının əvvəlində açıqlama verib.

Lindner bildirib ki, dövlət borcunun davamlılığını qorumaq onların ümumi maraqlarına cavab verir. 

“Mən gözləyirəm ki, Aİ-yə üzv olan hər bir ölkə ittifaqın maliyyə qaydalarına əməl edəcək”, nazir deyib.

Fransada qurulacaq bütün gələcək hökumətlərin Aİ-nin maliyyə qaydalarına əməl etməli olduğunu dilə gətirən Lindner qeyd edib ki, Aİ ölkələri dövlət borcunu artırmaqdan çəkinməli və kapital bazarları birliyinə diqqət etməlidir.

Məlumat üçün qeyd edək ki, Aİ-nin maliyyə qaydaları üzv ölkələrin dövlət kəsirlərini və borclarını məhdudlaşdırır. Qaydalara görə, normal şəraitdə üzv ölkələrin büdcə kəsiri ÜDM-in 3 faizindən, dövlət borcları isə ÜDM-in 60 faizindən çox olmamalıdır. Bu limitlər üstələndikcə həyata keçiriləcək tədbirlər barədə Aİ Komissiyasına məlumat verilməli və təsirli tədbirlər görülməlidir. Bununla belə, Aİ ölkələrinin böyük bir qismi sözügedən maliyyə qaydalarına əməl etmir. Fransanın fiskal qaydalara əməl etməməsi və ölkənin büdcə kəsirini azaltmaması xüsusilə diqqət çəkir. Belə ki, bu ölkənin büdcə kəsiri 5,5 faiz səviyyələrində cərəyan edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et