Aktiv olaraq istifadə edilən 5 koin hansılardır? | Banco.az

Aktiv olaraq istifadə edilən 5 koin hansılardır?

Kriptovalyuta dünyasında yüzlərlə koin olarkən bunların çoxu hələ də prototip mərhələsindədir. Buna bamayaraq, hal-hazırda istifadə olunan və bir məqsədə xidmət edən koinlər də var. Sizə aktiv olaraq istifadə edilən həmin koinlərlə əlaqədar bir yazı hazırladıq, gəlin birlikdə baxaq.

“Lbry Credits” (LBC)

LBC hər hansı mərkəzi olmayan, “Youtube”-a rəqib olan LBRY adlı media platformasını dəstəkləyən bir pul vahididir. LBRY-də məzmun paylaşanlar və izləyicilər bir-birinə paylaşanın istəyinə görə ödənişli və ya ödənişsiz məzmunların olduğu bir interfeyslə bağlıdır. İzləyicilər məzmun sahibinə sistem vasitəsilə hədiyyə göndərə bilirlər. Bildiyimiz kimi, “Youtube”-da bəzi məzmunlar səhmdarlara pul qazandırır. LBRY isə hər hansı bir mərkəz tərəfindən idarə edilmir və məzmunun səhmdara pul qazandırıb-qazandırmayacağına bir nüfuz deyil, izləyicilər qərar verir.

“WaBi”

“WaBi” radio tezliyiylə təyin etmə sistemi (RFID) vasitəsilə istehlakçıları məhsulların orijinal olub-olmadığı məlumatı ilə təmin edir. “WaBi” tenologiyası bəzi çinli ticarətçilər tərəfindən körpə məhsullarına tətbiq olunmağa başlanıb. Bu sistem vasitəsilə məhsulların originallığını soruşan istehlakçılar “WaBi” ilə mükafatlandırılır. “WaBi” mədənçiliyi bu formada təmin edilir.

Saxta məhsullar Çin və dünya iqtisadiyyatının ən böyük problemlərindən biridir.Çində bəzi azyaşlılar körpə məhsullarının satışı səbəbi ilə həyatını itirib. “WaBi”-nin tətbiqi bu cür halların sayını azaldacaq. “WaBi” böyüdüyü təqdirdə, dərman, spirt və kosmetika sənayesinə də belə bir tətbiqin inteqrasiyası planlaşdırılır.

“Lomocoin” (LMC)

“Lomocoin” “LomoStar” adlı ictimai media tətbiqində istifadə olunan valyuta vahididir. “LomoStar” tətbiqi istifadəçilərin qarşısına fərqli xüsusiyyətlərlə çıxdığı tətbiqdir. İstifadəçilər “LomoStar” tətbiqi vasitəsilə xüsusi söhbət və qrup söhbətləri apara bilirlər. Digər istifadəçilərin paylaşımlarına şərh yaza bilirlər. İstifadəçi profillərini və təqibçilərini kontrol edə bilir, tətbiqin təmin etdiyi xəritə üzərinə LMC, BTC, LTC, BCH, ETH və CFUN kimi koinləri yerləşdirib yenə də xəritə üzərindən həmin koinləri toplaya bilir. “LomoStar”-ın inkişaf etdiyi təqdirdə, tətbiqin içinə daha çox xüsusiyyət və oyun inteqrasiya ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

“Binance Coin” (BNB)

Buradakı digər koinlərlə müqayisədə “Binance Coin”-in istifadəçilərə təklif etdiyi şey çox sadədir: bu koinə malik olanlara Binance ticarətində bəzi imtiyazlar verilir. BNB ticarəti əməliyyat ödənişləri üçün istifadə oluna bilər və ödəniş haqlarını yarısınadək azaldır. BNB eyni zamanda istifadəçilərinə birjada istifadəyə başlanılacaq koinləri səsvermə yolu ilə müəyyən etməyə imkan verir. Nəhayət, BNB hər hanı alyuta vahidi ilə dəyişdirilə bilir. Bu da istifadəçilərə öz koinləri digər kriptovalyutalarla dəyişmək şəraiti yaradır.

Binance-ın təhlükəsiz bir platforma olması, intuitiv interfeysə sahib olması və professional görünüşü, onu sürətli bir şəkildə ən məşhur birjalardan birinə çevirdi. Binance-ın daha çox koin dəstəkləməsi halında, altkoin ticarəti aparan investorların tək görüşmə nöqtəsi Binance olacaq.

“GameCredits” (MobileGo)

“GameCredits” öz yaratdığı valyuta növü olan “MobileGo”-nu (MGO) hər oyun üçün daha etibarlı etməyi planlaşdırır. Oyun tərtibatçıları üçün tək kliklə bir çox əməliyyatları tətbiq etməyə imkan verə proqram kimi çox inkişaf edən xüsusiyyətlərə sahib olan “GameCredits”-in ən əhəmiyyətli 2 özəlliyi masaüstü istəmci (desktop client) və “G Store”-dur.

Bu masaüstü vasitəsilə istifadəçilər “MobileGo” cüzdanlarına, “G Store”-a çıxa bilir və GPU mədənçiliyi həyata keçirirlər. Bu platforma vasitəsilə istifadəçilər endirimli qiymətlərlə kompüter oyunları ala bilərlər, GPU-ları ilə “MobileGo” mədənçiliyi edə bilirlər. “G Store” “Apple”-ın “App Store”-u və “Google App Store” ilə müqayisədə oyun ödənişlərinin üçdə biri civarında daha az olduğu, ödəniş əməliyyatlarının oyun inkişafçıları üçün təxminən 20 dəfə daha sürətli olan bir “App Store”-dur. Bir çox oyun satışları təşkil olunub.

Bunlarda maraqlı ola bilər:

2018-ci il Ethereum üçün uğurlu olacaq?

Kriptovalyuta sektorunda adını tez-tez eşitdiyimiz Blockchain nədir?

Mənbə: kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et