2017-ci il kriptovalyutalar üçün xüsusilə uğurlu oldu. Ancaq yadda saxlanılması vacib olan bir məsələ var: kriptovalyutalar üçün bu sadəcə bir başlanğıcdır.
Yüksək qiymətlərə rəğmən böyük kriptovalyuta şəbəkələri istifadəçiləri təmin etməkdə çətinlik çəkdi. Bitcoin-in baha transfer qiymətləri və tədrici emal müddətləri ödəniş üçün uyğun bir mühit yaratmır. Transfer haqqının sabit qalması məntiqli görünə bilər, ancaq 100 min dollar göndərərkən və ya sadə bir fincan qəhvə alarkən eyni əməliyyat haqqı ödəyəcəyinizi düşünün.
“SegWit2x” uğursuz olduqda Bitcoin qızıl kimi “saxlama dəyəri” olan əmtəə olaraq təsvir edilmişdi. Bitcoin-i əvvəllər dəstəkləyən və indi də buna davam edən milyonlarla istifadəçi var, tərtibatçılar da verdikləri vədlərə tədricən əməl edirlər. Buna bamayaraq, Bitcoin-dən daha çevik və çoxyönlü koinlər mövcuddur.
Ağıllı müqavilə konsepsiyasından istifadə edən blockchain-lər üçün böyük fürsətlər mövcuddur. Həmçinin çoxları bu növ pulların “saxlama dəyəri” olan koinləri ötüb keçəcəyinə inanır. Ethereum yuxarıdakı təsvirə uyğun bir kriptovalyutadır. Bu platforma qeyri-mərkəzləşdirilmiş maliyyə və ticarət iqtisadiyyatını yaratmaq üçün mükəmməl potensiala malikdir.
Texnoloji tarix təkrarlanır
Xüsusiyyətləri və imkanları baxımından Bitcoin “DOS”, Ethereum isə “Windows” və “Mac OS” kimi əməliyyat sistemlərinə oxşayır. “DOS”-un heç bir mənfi xüsusiyyəti yoxdur. Hətta “DOS” olmadan kompüterləri təsəvvür etmək çətindir.
Bu gün 25-30 yaşlı kompüter qurdları “DOS”-dan istifadə edərək böyüyüb. Bununla bərabər kompüterlərin ənənəvi istifadəçi sayına qovuşması yalnız “Windows” və “Mac OS” bazara çıxarıldığında reallaşmışdı.
Ethereum da “Windows” və “Mac OS”-a bənzər şəkildə tərtibatçıların platforma üzərində minlərlə müxtəlif proqramları qurmağına imkan yaradır. Hazırda isə “DOS”-u o qədər də xatırlanmır.
Əslində hazırki kriptovalyuta dünyası eynən 2000-ci illərin əvvəlində Web 2.0 mexanizmi kimi təsir yaradıb. Ethereum kimi platformalarda yerləşən və ya öz blockchain-ini quran minlərlə şirkət mövcuddur. Bu şirkətlərin əksəriyyəti qanunlara görə hökumətlə mübarizə aparır və layihələrin maliyyələşdirilməsi üçün yeni üsullar tətbiq edirlər. Meydana gələn kriptovalyutaların əksəriyyəti internetin ilk yarandığı vaxtlarda geniş istifadə olunan Pets.com və Webvan kimi yo olacaq. Bəziləri isə “Amazon”, “eBay” və “Google” kimi liderlik edəcək.
Artıq öz stabilliyi, inanılmaz sabitliyi və yüksək performansı ilə Bitcoin tərtibatçıları xüsusi rəğbətə layiqdirlər. Sadalanan səbəblər inkaredilməz reallıqdır, ancaq buna qərar vermədən öncə mövzuya daha fərqli prizmadan yanaşmaq məqsədəuyğundur. İlk növbədə, Bitcoin tərtibatçıları tamamilə qapalıdır və yeni fəaliyyətlərdə o dərəcədə istəkli deyillər. Düzünü desək, Bitcoin artıq yüksək həcmli köçürmələrindən savayı istifadəçilər tərəfindən istifadə edilə bilən şifrəli pul deyil və transfer ödənişləri bunun sübutudur. İnkişaf nəticəsində Bitcoin Cash kimi platorma meydana çıxdı və bazar daha da qarışıq bir vəziyyətə düşdü.
Bundan daha yaxşısını edə bilərik
Bu ay reallaşan Ethereum konfransı olan DevCon3 inkişafa mane olan baxış tərzinin əksinə olaraq gözəl bir örnəkdir. Konfransa 2000 nəfərə yaxın tərtibatçı qatılmışdı. İştirak edən və etməyən hər kəs 1000 dollarlıq giriş haqqını ödəməyə hazır idi. Bunun səbəbi isə əldə ediləcək məlumatlar nəticəsində həyata keçirilə biləcək milyonlarla dollar dəyərində müqavilələrin uğurlu olması imkanları olmuşdu. Bunu nəzərə alsaq, Ethereum-un gələcəyi parlaq görünür.
Bazarda bir sıra layihələr var ki, onlar Ethereum-un inkişafına təkan verə bilərlər. Bu layihələr Ethereum-un gələcək yönü ola biləcək qədər böyük məqsədləri ortaya qoyur.
Bu layihələri ciddiyə almamaq çox erkəndir. Ancaq Ethereum nə bahasına olursa olsun, yeniliklərə açıqdır. Gələcək illərdə “Sharding” və “Proof-of-Stake” protokoluna keçid kimi yenilikləri görəcəyik.
Ethereum komandası artıq gizlilik üzərində əməliyyatlara başlayıb. həmçinin bəzi dəyişikliklər layihələrin qadir olmayacağı bir böyüklükdədir. Kriptovalyuta haqqında hamının bildiyi bir reallıq var: ya yeni layihə hazırlamaq, ya da bazara əlvida demək. 2018-ci il başda Ethereum olmaqla digər kriptovalyuta texnologiyaları üçün yeniliklərlə bol olacaq. Artıq hökumətlərin üzərinə mənasız rəqəmlər yazıb tədavülə buraxdığı kağız parçalarına dəyər verməkdən imtina vaxtıdır.
Bitkoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində - http://banco.az/az/news-cat/kriptovalyuta
Mənbə: kripto.az