"Airbnb" istehlakçı hüquqlarını pozduğuna görə cərimələndi | Banco.az

"Airbnb" istehlakçı hüquqlarını pozduğuna görə cərimələndi

Müəllif:Mehin Qasımova/Banco.az

Avstraliyada Federal Məhkəmə, ABŞ-da yerləşən yaşayış platforması Airbnb-ni ölkədə qalan müştərilərdən yerli valyuta ilə deyil, ABŞ dolları ilə ödəniş alaraq yanlış yola yönəltdiyi səbəbilə 15 milyon Avstraliya dolları cərimələyib.

Banco.az xəbər verir ki, platformanın Avstraliya istehlakçı hüquqlarını pozduğuna görə cərimələndiyi açıqlanıb.

Fedral Məhkəmə Airbnb-yə 30 gün ərzində 15 milyon Avstraliya dolları cərimə, üstəgəl 400.000 Avstraliya dolları məbləğində təqib xərclərini ödəməyi tələb edib.

Airbnb -dən  bildirilib ki,  2018-ci ilin yanvarından 2021-ci ilin avqustuna qədər Avstraliyada yaşayış yerləri üçün göstərilən qiymətlərin ABŞ dollarından daha az dəyərli olan Avstraliya dolları ilə göstərildiyi barədə yalan və ya aldadıcı məlumat verib. Bu vəziyyətdən təxminən 63 min insanın təsirləndiyi bildirilib.

"Airbnb" daha əvvəl zərər çəkmiş müştərilərə 15 milyon Avstraliya dolları təzminat ödəyəcəyini məhkəmə qarşısında öhdəsinə götürmüşdü.

"Airbnb" 31 avqust 2021-ci ildə platformanı dəyişib və qiymətlərin "USD" abbreviaturasından istifadə edərək aydın şəkildə ABŞ dollarında göstərilməsini təmin edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram