Aİ "UBS"in müflisləşmiş "Credit Suisse" bankı ilə birləşməsini təsdiqləyib | Banco.az

Aİ "UBS"in müflisləşmiş "Credit Suisse" bankı ilə birləşməsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) İsveçrənin ən böyük bankı “UBS”nin “Credit Suisse” ilə birləşməsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası “UBS”in müflis olmuş “Credit Suisse” bankını satın alması üçün tələb olunan rəqabətlə bağlı nəzərdən keçirilmənin başa çatdığını elan edib.

Komissiyanın bəyanatında qeyd olunur ki, sözügedən birləşmənin Avropada rəqabət narahatlığı yaratmayacağı qənaətinə gəlinib.

“Avropa Komissiyası İttifaqın birləşmə razılaşması çərçivəsində qeyd-şərtsiz “Credit Suisse” və “UBS”nin birləşməsini təsdiqləyib” - bəyanatda yazılıb.

Məlumat üçün qeyd edək ki, Avropada fəaliyyət göstərən iri miqyaslı şirkətlərdə birləşmə və satınalma əməliyyatlarına nəzarət Avropa Komissiyasının səlahiyyətlərinə daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et