Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ayrılmasını təsdiqləyib | Banco.az

Aİ Şurası Kiyevə 4,2 milyard avro məbləğində yardımın ayrılmasını təsdiqləyib

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı Şurası Ukraynaya dəstək üçün xüsusi fonddan Kiyevə təxminən 4,2 milyard avro məbləğində maliyyə yardımının ayrılması ilə bağlı səfirlərin əvvəllər razılaşdıqları qərarı təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə Macarıstanın Aİ Şurasına sədrliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Yazılı proseduru başa çatdırdıqdan sonra şura bu gün Ukraynaya dəstək fondu çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişi həyata keçirmək qərarına gəlib”, - məlumatda deyilir.

Qeyd edilib ki, bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və onun administrasiyasının fəaliyyətini dəstəkləmək məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram