Aİ Rusiya neftinin yuxarı qiymət həddi ilə bağlı razılığa gəldi | Banco.az

Aİ Rusiya neftinin yuxarı qiymət həddi ilə bağlı razılığa gəldi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Rusiya neftinin maksimal qiymətinin 60 dollar olması barədə razılığa gəlib.

Banco.az xəbər verir ki, son günlərdə neft bazarlarının diqqətlə izlədiyi Rusiya neftinin yuxarı qiymət həddi ilə bağlı məsələ üzrə Aİ daxilində razılıq əldə olunub.

Razılığa əsasən, Aİ ölkələri Rusiya neftinə 60 dollarlıq qiymət həddi tətbiq edəcəklər. Bununla yanaşı, yeni qiymət məhdudlaşdırıcı mexanizm də yaradılacaq.

Bu mexanizm Rusiya neftinin yuxarı qiymət həddini hər 2 aydan bir yenidən qiymətləndirəcək və bu məbləğin bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.

Yuxarı qiymət həddinin tətbiqi bugün, dekabrın 5-də, Aİ-nin Rusiyadan dəniz yolu ilə xam neft tədarükünün dayandırılması qərarının qüvvəyə mindiyi vaxtdan etibarən həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram