Aİ regionun iqtisadi artım və inflyasiya proqnozlarını yeniləyib | Banco.az

Aİ regionun iqtisadi artım və inflyasiya proqnozlarını yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Avrozonanın iqtisadi böyümə və inflyasiya proqnozlarını artırıb.

Banco.az xəbər verir ki, Avropa Komissiyasının “Avropa İqtisadi Proqnozları 2023 Yaz” hesabatı dərc olunub.

Hesabatda qeyd olunub ki, Aİ iqtisadiyyatı 2023-cü ildə 1 faiz, 2024-cü ildə 1,7 faiz artım göstərəcək. Bununla yanaşı, Avrozona iqtisadiyyatında isə 2023-cü ildə 1,1 faiz, 2024-cü ildə 1,6 faiz artım olacaq. 

Aİ Komissiyasının əvvəlki “Qış” hesabatında 2023-cü ildə Aİ-nin 0,8 faiz, Avrozonanın isə 0,9 faiz artacağı proqnozlaşdırılırmışdı. Bununla da, həm Aİ, həm də Avrozona üçün iqisadi artım proqnozu 0,2 faiz artırılıb.

İnflyasiya mövzusuna da toxunulan hesabatda Avropa Komissiyası 2023-cü il üzrə Avrozonanın inflyasiya proqnozunu 5,6 faizdən 5,8 faizə qaldırıb. Aİ üçün isə inflyasiya proqnozu 6,4 faizdən 6,7 faizə yüksəldilib.

Digər tərəfdən, 2024-cü ildə Aİ-də inflyasiya nisbətinin 3,1 faiz, Avrozonada isə 2,8 faiz olacağı proqnozlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram