Müəllif - Aida İsaq, Banco.az
Aİ ölkələri Rusiyanın aktivlərindən Ukraynanın maraqları üçün istifadə planını təsdiqləməyə xeyli yaxınlaşıb.
Banco.az xəbər verir ki, ötən həftə isveçli diplomat Anders Anlidin sözlərinə görə, assosiasiya ölkələri bunu uzun müddətdir müzakirə edir. Nəhayət, zərər çəkmiş ərazilərin bərpası üçün vəsaitin necə yönəldilməsi ilə bağlı ideyalar təklifi hazırdır. Onun sözlərinə görə, ilk növbədə, aktivlərin idarə olunmasından əldə olunan gəlirlər məsələsi həll edilməlidir. Bununla belə, o, ümumilikdə məsələnin hüquqi və siyasi baxımdan mürəkkəb olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!