Aİ bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketini təqsdiqləyə bilər | Banco.az

Aİ bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketini təqsdiqləyə bilər

Müəllif - Aida İsaq, Banco.az

Aİ ölkələri dekabrın 12-si axşama qədər Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin tətbiqi ilə bağlı razılığa gələ bilərlər.

Banco.az xəbər verir ki, Fransa xarici işlər nazirliyinin rəhbəri Ketrin Kolonna bu barədə Aİ ölkələrinin XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşündən əvvəl jurnalistlərə bildirib. O, bu gün Rusiyaya qarşı sanksiyaların tətbiqində ölkələrin ortaq məxrəcə gələcəyindən əmin olduğunu qeyd edib.

Bundan əvvəl isə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin yaxın günlərdə təsdiqlənəcəyinə ümid etdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et