"AccessBanka depozit yerləşdirən müştərilərin sayı gündən-günə artır" – Anar Həsənov | Banco.az

"AccessBanka depozit yerləşdirən müştərilərin sayı gündən-günə artır" – Anar Həsənov

AccessBankın İdarə Heyətinin sədr müavini bugünkü sindikatlaşdırılmış kreditin imzalanma mərasimində bildirmişdir ki, cari ilin birinci rübünə olan göstəricilərə əsasən bankın xarici borclarının həcmi təxminən 450 milyon dollar civarındadır. Hazırki dəyəri 60 milyon dollar olan kredit bu ilin birinci rübü ərzində cəlb edilmiş yeganə xarici kreditdir. Hələ ki, yeni xarici kreditin cəlb edilməsi gözlənilmir.

Bununla yanaşı, o qeyd etmişdir ki, bankın maliyyə ehtiyatlarının formalaşdırılmasında xaricdən vəsait cəlb edilməsi ilə bərabər, yerli bazardan depozitlərin cəlb edilməsi də əhəmiyyətli rol oynayır. Bankın daxilində bu proporsiyanın qorunmasına ciddi diqqət yetirilir.

“Bu gün Bankımızın təklif etdiyi depozit faizlərinin ümumi bazarla müqayisəsi bir neçə faiz aşağı olsa da, gündən-günə bankımıza depozit yerləşdirən müştərilərin sayı artır. Biz demək olar ki, hər ay öz rekordumuzu təzələyirik. Həmçinin əmanətləri manatla yerləşdirən müştərilərin sayında da getdikcə artım müşahidə olunur. Bu rəqəm bir neçə il öncə ilə müqayisədə xeyli dəyişdirmişdir və bu olduqca sevindirici haldır. Belə ki, bu, bizim manata olan etimadın artdığının sübutudur”,  – Anar Həsənov çıxışında bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın rəhbərliyi maliyyələşmə baxımından xaricdən kredit kimi cəlb edilən vəsaitlə depozit kimi cəlb edilən vəsait arasında balansı daima qorumağa çalışır.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et