AccessBank-da fiziki şəxslərin depozitləri 9%-dən çox artıb | Banco.az

AccessBank-da fiziki şəxslərin depozitləri 9%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank-ın depozit portfeli 31 mart 2026-ci il tarixinə 1 milyard 96 milyon 540 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 36 milyon 388 min manat və ya 3,4% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 905 milyon 389 min manat, hüquqi şəxslərin depozitləri isə 191 milyon 151 min manat təşkil edib. 

İllik müqayisədə fiziki şəxslərin depozitləri 77 milyon 880 min manat (9,4%) artıb.

Ötən ilin  eyni dövründə depozitlərin məbləği müvafiq olaraq 827 milyon 509 min manat və 232 milyon 643 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram