Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 10 il ərzində 7 dəfədən çox azalıb.
Banco.az xəbər verir ki, bu qiymətləndirmə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tainin ofisinin mətbuat xidmətinin yaydığı hesabatda yer alıb.
Məlumata görə, ABŞ və Rusiya arasında ticarətin həcmi 2013-cü ildəki 38,2 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara qədər azalıb.
Hesabatda ticarət dövriyyəsinin azalmasına qismən COVID-19 pandemiyası səbəb olduğu vurğulanır. İki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb olan amillər kimi, hesabat müəllifləri “geosiyasi gərginliyi” və Rusiya Federasiyasının “daxili yönümlü sənaye və ticarət” siyasətini, o cümlədən idxalı əvəzləmə proqramlarını da qeyd ediblər. Bundan əlavə, ekspertlərin fikrincə, ticarət dövriyyəsinin azalmasına Rusiyaya qarşı “Amerika sanksiyaları və ixraca nəzarət tədbirləri” səbəb olub.
Bizi sosial şəbəkələrdən izləyin!!