Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göndərə bilər.
Banco.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Yeni paketə “HIMARS” sistemləri üçün sursatlar, “Hawk” hava hücumundan müdafiə raketləri, “Stinger” yer-hava raket kompleksləri, “Javelin” tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular və patrul katerləri daxil ola bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!