ABŞ neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb | Banco.az

ABŞ neftin qiyməti ilə bağlı proqnozu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 95,33 dollardan 92,36 dollara endirib.

Banco.az xəbər verir ki, ABŞ Energetika İnformasiya Administrasiyası (EIA) 2023-cü ilin sonuna qədər qlobal neft ehtiyatlarının artacağına dair gözləntilərə işarə edərək gələn il üçün neft qiymətləri proqnozunu aşağıya doğru nəzərdən keçirib.

EIA-nın "2022 Qısamüddətli Enerji Perspektivləri Hesabatı”nın dekabr buraxılışında Brent markalı neftin 2023-cü il üzrə orta barel qiymətinin 92,36 dollar olacağı təxmin edilib. Hesabatın noyabr buraxılışında isə bu rəqəm 95,33 dollar olub.

Hesabatda həmçinin gələn il üçün Qərbi Texas tipli (WTI) xam neftin bir barelinin qiymətinin 86,36 dollar olacağı proqnozlaşdırılıb. WTI markalı neftin bir barelinin qiyməti noyabrda 89,33 dollar səviyyəsində qiymətləndirimişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et