ABŞ iqtisadiyyatı gözlənilən qədər artım göstərə bilməyib | Banco.az

ABŞ iqtisadiyyatı gözlənilən qədər artım göstərə bilməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı ilin I rübündə gözləniləndən az artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, ölkə iqtisadiyyatı 2024-cü ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artıb.

İlin birinci rübündə ABŞ iqtisadiyyatının artımına istehlak xərclərinin, yaşayış və qeyri-yaşayış sahələrinə əsas investisiyaların, dövlət və yerli dövlət xərclərinin artması təsir göstərib.

İqtisadçıların orta proqnozu isə bu dövrdə artımın 2,5 faiz olacağını göstərirdi.

Qeyd edək ki, sözügedən artım 2022-ci ilin ikinci rübündəki daralmadan sonra ən aşağı temp olaraq diqqət çəkir.

Əsas inflyasiya göstəricisi kimi izlənilən şəxsi istehlak xərclərinin inflyasiyası illik əsasda 3,7 faiz artıb ki, bu da ötən bir ildə ilk dəfə əvvəlki rübün illik müqayisəsinə görə artımın reallaşması deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ iqtisadiyyatı 2023-cü ilin son rübündə 3,4 faiz, ötən il isə ümumilikdə 2,5 faiz artım nümayiş etdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram