ABŞ inflyasiyası FED-in faiz qərarı ilə bağlı proqnozları da dəyişib | Banco.az

ABŞ inflyasiyası FED-in faiz qərarı ilə bağlı proqnozları da dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ inflyasiya göstəriciləri FED-in növbəti iclasdakı faiz artımı məbləği ilə bağlı proqnozları da dəyişib.

Banco.az xəbər verir ki, ABŞ-da maraqla gözlənilən dekabr inflyasiyası illik 6,5 faiz olub. Bu, bir ildən artıq müddətdə ən aşağı göstərici kimi qeydə alınıb. Ərzaq və enerji qiymətlərinin daxil edilmədiyi nüvə inflyasiyasə da illik 5,7 faizlə bir ilin ən aşağı artımına imza atıb.

İnvestorlar inflyasiyanın artım sürətinin azalması ilə FED-in faiz artım sürətinin də azaldacağını düşünürlər. Belə ki, qlobal bazarlar FED-in 31 Yanvar-1 Fevral tarixlərində keçiriləcək iclasında uçot dərəcəsinin 25 baza bəndi artırılacağını gözləyirlər. Mart ayında isə artıq faiz dərəcəsinin sabit saxlanılacağına dair proqnozlar da mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et