ABŞ-ın maliyyə naziri iqlim dəyişikliyinin iqtisadi riskləri barədə xəbərdarlıq edib | Banco.az

ABŞ-ın maliyyə naziri iqlim dəyişikliyinin iqtisadi riskləri barədə xəbərdarlıq edib

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə naziri Canet Yellen iqlim dəyişikliyinin ölkə iqtisadiyyatının istehsal gücü üçün ciddi risk təşkil etdiyini və sabitliyinə təsir göstərdiyini, bu risklərin aradan qaldırılması üçün təmiz enerji iqtisadiyyatına keçidin sürətləndirilməsinin vacibliyini bildirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Şimali Karolinada günəş enerjisi ilə işləyən bir şirkətə səfər edən Yellen iqlim dəyişikliyinin makroiqtisadi təsirləri ilə bağlı qiymətləndirmələr aparıb.

Bayden administrasiyasının ölkənin enerji sisteminin modernləşdirilməsi üçün 430 milyard dollardan çox vəsait ayırdığına diqqət çəkən Yellen bu sərmayələrin ölkənin yaşıl enerjiyə keçidini sürətləndirəcəyini və Amerika ailələri və biznesləri üçün enerji xərclərini azaldacağını açıqlayıb.

Yellen onu da qeyd edib ki, bu investisiyalar həm də ABŞ-ın enerji təchizatını qlobal qiymət şoklarına qarşı qoruyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et