ABŞ-ın bankçılıq nəhəngi İngiltərədə iqtisadi tənəzzül gözləyir | Banco.az

ABŞ-ın bankçılıq nəhəngi İngiltərədə iqtisadi tənəzzül gözləyir

Tamara Mustafayeva, Banco.az

"Goldman Sachs" İngiltərə iqtisadiyyatının 2022-ci ilin dördüncü rübündən etibarən tənəzzülə girəcəyini gözləyir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Amerikanın "Goldman Sachs" investisiya bankının iqtisadçıları bugün dərc etdikləri araşdırma qeydlərində Böyük Britaniyada ÜDM-nin 2023-cü ilin ortalarına qədər təxminən 1,0 faiz azalacağını gözlədiklərini, eyni zamanda bütövlükdə 2023-cü il üzrə artım proqnozlarını 1,1 faizdən 0,6 faizə qədər aşağı saldıqlarını bildiriblər.

Sven Cari Stenin rəhbərlik etdiyi iqtisadçı qrupu tərəfindən hazırlanan bu araşdırma qeydlərində, "İngiltərədə yaşayış xərcləri ilə bağlı narahatlıqlar dərinləşən enerji böhranı ilə daha da artmaqdadır. Real istehlakın hələ də kəskin şəkildə aşağı düşməsi ehtimalı var", sözlərinə yer verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et