ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-da kənd təsərrüfatından kənar sektorlarda işləyənlərin sayı 206 min nəfər artıb.

Artım proqnozları üstələsə də, əvvəlki aylardan aşağı olduğu üçün FED-in gələcək aylarda faiz dərəcələrini endirə biləcəyi gözləntiləri dəstəklənib.

İyun ayında ölkədə işsizlik nisbəti isə 4,1 faiz hesablanıb. Bu, həm may ayının göstəricisindən, həm də ekspertlərin 4 faizlik proqnozlarından çoxdur.

Məlumatlar bu il iş elanlarının kəskin azaldığını və işsizlik müavinəti üçün müraciət edənlərin sayının artdığını göstərən digər hesabatlarla uyğun gəlib.

Məlumatların ardınca ABŞ istiqrazlarının faizləri azalıb və S&P 500 fyuçers indeksi yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram