ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı gözləniləndən çox artıb | Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ABŞ-da dekabr ayı üzrə kənd təsərrüfatından kənar məşğulluğa dair artım göstəriciləri açıqlanıb.

Məlumatlar göstərir ki, ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə işləyənlərin sayı ötən ilin sonuncu ayınd 216 min nəfər artıb.

İşsizlik nisbəti isə 3,7 faiz təşkil edib.

İqtisadçılar isə sözügedən dövrdə məşğulluq artımın 175 min, işsizlik nisbətinin isə 3,8 faiz olacağını gözləyirdilər.

İnflyasiya proqnozu baxımından monitorinq edilən saatlıq qazanclarda da proqnozlardan yuxarı göstərici qeydə alınıb. Belə ki, dekabr ayında orta saatlıq qazanc aylıq 0,4 faiz artıb. Proqnozlar isə 0,3 faiz artıma işarə edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram