Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın avqust ayı istehsalçı qiymətləri indeksi ölkədə aprel ayından bəri ilk dəfə aylıq mənfi inflyasiya nümayiş olunduğunu göstərib.
Banco.az xəbər verir ki, ABŞ-da istehsalçı qiymət indeksi avqust ayında əvvəlki ayla müqayisədə 0,1% azalıb.
Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə 0,3% artım yönündə idi.
İyul ayında aylıq istehsalçı inflyasiyası 0,7% olaraq qeydə alınmışdı.
Qida və enerji istisna olunmaqla qiymətlər də aylıq əsasda 0,1% azalıb.
İllik göstəricilərin də avqust ayında zəiflədiyi müşahidə olunub. Belə ki, illik istehsalçı inflyasiyası avqustda 2,6% artıb. Bloomberg sorğusunda bu göstərici üçün gözlənti 3,3% idi.
Bundan əvvəl iyul ayı üçün 3,3% kimi açıqlanan illik istehsalçı inflyasiyası da 3,1% səviyyəsinə yenidən hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!