ABŞ-da işsizlik müraciətləri proqnozları doğrultmayıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı 22 apreldə başa çatan həftə üzrə 230 min nəfər hesablanıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müraciətləri ilə bağlı göstəriciləri açıqlayıb.

Bu göstəricilərə müvafiq olaraq qeyd olunub ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı aprel ayının 22-də sona çatan həftədə əvvəlki həftə ilə müqayisədə 16 min nəfər azalaraq 230 minə düşüb.

Ekspertlər bu göstəricinin 248 min nəfər olacağını düşünürdülər.

Davam edən müraciətlər isə 15 aprel tarixində başa çatan həftə ərzində 3 min nəfər azalaraq 1 milyon 858 minə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et