Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka müraciətləri artır.
Banco.az xəbər verir ki, ABŞ İpoteka Bankları Assosiasiyası (MBA) ötən həftəyə dair ipoteka göstəricilərini açıqlayıb.
Açıqlamaya əsasən, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə nisbətən 11% artıb.
Ölkədə 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi keçən həftə 6,89%-dən 6,84%-ə enib.
15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə əvvəlki həftədə olduğu kimi 6,17% səviyyəsində qalıb.
MBA-nın Baş vitse-prezidenti Mayk Fratantoni ipoteka göstəricilərinə dair şərhində bildirib ki, keçən həftə ölkə iqtisadiyyatının və istehsal sektorunun daraldığını göstərən məlumatlar və güclü məşğulluq hesabatı yayımlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!